Badamdardakı villaların ətrafında quyular qazılır FOTO


Digərləri 16 Okt 2018 13:23:54 259 0

Badamdardakı villaların ətrafında quyular qazılır  FOTO

Hazırda Badamdarda sürüşmə baş verən ərazidə quyuların qazılması prosesi gedir. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, quyular ərazidə tikilmiş villaların ətrafında qazılır. Qazıntı işləri Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılır. Quyulardan suyun səviyyəsinin aşağı salınması məqsədilə istifadə olunacaq. Belə ki, su bu quyulardan nasoslar vasitəsilə çəkiləcək. 

Ərazidə evi olan vətəndaş Fərid Axundov iddia edir ki, rəsmilər əvvəllər burada  11 quyunun olduğunu desə də, onların sayı cəmi 7 olub. Onlara da sonradan xidmət göstərilmədiyi üçün işləməyib. 


Xəbərə aid fotolar