Bakıda soyğunçuluq edən keçmiş məhkum saxlanılıb


Digərləri 16 Okt 2018 13:25:00 212 0

Bakıda soyğunçuluq edən keçmiş məhkum saxlanılıb

Oktyabrın 10-da Nəsimi rayonu ərazisində baş vermiş soyğunçuluq hadisəsi barədə 19-cu Polis Şöbəsinə müraciət daxil olub.

Bakı. Oktyabrın 10-da Nəsimi rayonu ərazisində baş vermiş soyğunçuluq hadisəsi barədə 19-cu Polis Şöbəsinə müraciət daxil olub. DİN-dən Trend-ə verilən məlumata görə, Bakı şəhər sakini olan qadın həmin gün saat 12 radələrində Cavadxan küçəsindəki evin girişində naməlum şəxsin onun içərisində 530 manatı və sənədləri olan çantasını açıq talama yolu ilə aldığını bildirib. Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.