"Azərbaycanda müharibə veteranlarının sayı digər ölkələrə nisbətən qatqat çoxdur"


Digərləri 16 Okt 2018 13:10:00 275 0

"Azərbaycanda müharibə veteranlarının sayı digər ölkələrə nisbətən qatqat çoxdur"

Ölkəmizdə müharibə və əmək veteranlarına daim diqqət və qayğı göstərilir. Azərbaycana gələn qonaqlar da ölkəmizin bu sahədə təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edirlər. Hərçənd ki, Azərbaycanda müharibə veteranlarının sayı digər ölkələrə nisbətən qat-qat çoxdur.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, ölkəmizdə 1970-ci ilə qədər veteranların heç bir statusu yox idi: "Lakin 70-ci ildən sonra dövlət tam möhkəmləndikdən sonra veteranlarla bağlı addımlar atılmağa başladı".

S.Novruzov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən cəsarətli addım atılaraq şəhid ailələrinə birdəfəlik müavinət verilməsinin çox mühüm qərar olduğunu qeyd edib.