Oqtay Əsədov şəhid ailələri ilə bağlı göstəriş verdi


Digərləri 16 Okt 2018 12:53:00 202 0

Oqtay Əsədov şəhid ailələri ilə bağlı göstəriş verdi

Milli Məclisin sədri Oqtay Əsədov müavinət ala bilməyən şəhid ailələri ilə bağlı göstəriş verib.

Bakı. Elçin Mehdiyev – Milli Məclisin sədri Oqtay Əsədov müavinət ala bilməyən şəhid ailələri ilə bağlı göstəriş verib. Trend-in məlumatına görə, O.Əsədov bildirib ki, Milli Məclis bu məsələ ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirib, iclas keçirilib, müraciət olunub. Spiker qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamından sonra bu məsələ həllini tapmalıdır: “Tövsiyə edirəm ki, Milli Məclisin İnsan hüquqları komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və “Azərsığorta”nın əməkdaşlarını parlamentə dəvət etsin, məsələ müzakirə olunsun”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin