I sinifdə oxuyanların 7306 nəfəri 6 yaşı tamam olmayan uşaqlardır


Digərləri 16 Okt 2018 12:41:00 236 0

I sinifdə oxuyanların 7306 nəfəri 6 yaşı tamam olmayan uşaqlardır

Bakı Şəhəri üzrə təhsil müəssisələrində (məktəb, lisey və gimnaziya) təhsil alan I sinif şagirdlərinin 7306 nəfəri 6 yaşı tamam olmayan (sentyabrın 15-dən dekabrın 31-dək anadan olan) uşaqlardır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, hazırda Bakı Şəhəri üzrə təhsil müəssisələrində 48 206 şagird I sinifdə təhsil alır. Onlardan 40 900 nəfəri 6 yaşı tamam olan uşaqlardır.

Qeyd edək ki, hər il olduğu kimi, 2018-2019-cu tədris ilində də I sinfə şagird qəbulunun vaxtı oktyabrın 15-dək uzadılıb. Belə ki, dərslərin başlanmasına baxmayaraq, I sinfə şagird qəbulu üzrə uşaqların elektron qeydiyyatı valideynin (qanuni nümayəndənin) üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərilməklə, "Əlaqə" bölməsi vasitəsilə (elektron ərizə əsasında) aparılıb. Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim ediblər.