PAŞA Bank 2018-ci ilin ilk 6 aylıq maliyyə nəticələrini açıqladı


Digərləri 16 Okt 2018 12:29:00 269 0

PAŞA Bank 2018-ci ilin ilk 6 aylıq maliyyə nəticələrini açıqladı

Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bank 30 iyun 2018-ci il tarixinə bitən 6 ay üzrə özünün və törəmə banklarının (PASHA Bank Georgia və PASHA Yatırım Bankası A.Ş.) maliyyə nəticələrini mətbuat konfransında açıqlayıb.

Bakı. Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bank 30 iyun 2018-ci il tarixinə bitən 6 ay üzrə özünün və törəmə banklarının (PASHA Bank Georgia və PASHA Yatırım Bankası A.Ş.) maliyyə nəticələrini mətbuat konfransında açıqlayıb. Tədbirdə əsas spiker qismində Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev çıxış edib. Bankın xalis mənfəəti 30 iyun 2018-ci il tarixinə bitən 6 ay üzrə 35,394 min AZN olub ki, bu məbləğ keçən ilin ilk 6 ayı üçün 50,324 min AZN təşkil edib. 30 İyun 2018-ci il tarixinə faiz gəlirləri 109,031 min AZN səviyyəsinə çatıb. 30 İyun 2017-ci il tarixinə bu məbləğ 132,453 min AZN olub. Qeyri-faiz gəlirləri 30 iyun 2018-ci il tarixinə 15,586 min AZN təşkil edib ki, bu da ümumi əməliyyat gəlirlərində 16% pay deməkdir. Bankın ümumi əməliyyat gəlirləri keçən illə müqayisədə 10% azalaraq 97,489 min AZN səviyyəsinə çatıb. Qeyri-faiz gəlirlərinin əsas hissəsini dilinq əməliyyatlarından gəlir təşkil edir – 7,952 min AZN və ya 51%. Bu o deməkdir ki, dilinqdən gəlirlərin ümumi əməliyyat gəlirlərdəki payı 8%-dir. Xalis haqq və komissiya gəlirləri 7,390 min AZN təşkil edir ki, bu da qeyri-faiz gəlirlərinin 47%-i, ümumi əməliyyat gəlirlərinin isə 8%-i deməkdir. 30 iyun 2018-ci il tarixində bitən 6 ay üzrə Bankın ümumi əməliyyat xərcləri keçən ilin eyni dövrü ilə müqayisədə 2% artaraq 43,606 min AZN təşkil edib. 30 iyun 2018-ci il tarixində bitən 6 ay üçün xərcin gəlirə nisbəti əmsalı 45%-dək artıb. 2017-ci ilin eyni dövrü üçün həmin məbləğ müvafiq olaraq 40% təşkil edib. PAŞA Bank hazırda xərclərin hesablanması metodologiyasını tətbiq edir. Bu təşəbbüs məhsul və seqmentlərin təhlili üçün daha dəqiq məlumat əldə etməyə imkan verəcək. Bu da öz növbəsində qiymətlərin formalaşması mexanizminə öz müsbət töhfəsini verəcək. Öz aktivlər portfelinin şaxələndirilməsi ilə bağlı qəbul etdiyi strateji qərar nəticəsində Bank müştərilərinə təklif etdiyi xidmətlərin düzgün balansını saxlamağa nail olub. 30 iyun 2018-ci il tarixinə PAŞA Bankın məcmu aktivləri 4,469,931 min AZN təşkil edib ki, bu da 2017-ci ilin müvafiq tarixində qeydə alınmış 3,614,019 min AZN ilə müqayisədə 24% artım deməkdir. 30 iyun 2018-ci il tarixinə Bankın aktivləri aşağıdakılardan ibarətdir: Pul vəsaitləri və onların ekvivalentləri – 36.1% Müştərilərə verilmiş kreditlər – 34.4% İnvestisiya qiymətli kağızları – 18.5% Kredit təşkilatlarından alınacaq məbləğlər – 6.5%