Məşğulluq orqanları əməkdaşları üçün peşəyönümü işinə dair təlimlərə başlanılıb (FOTO)


Digərləri 16 Okt 2018 12:34:00 204 0

Məşğulluq orqanları əməkdaşları üçün peşəyönümü işinə dair təlimlərə başlanılıb (FOTO)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzlərinin peşəyönümü sahəsi üzrə mütəxəssisləri üçün təlimlərə başlanılıb.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzlərinin peşəyönümü sahəsi üzrə mütəxəssisləri üçün təlimlərə başlanılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, Göyçay Regional Peşə Tədris Mərkəzində təşkil olunan ilk təlimdə 15 rayon və şəhər (Yevlax, Hacıqabul, Zərdab, İsmayıllı, Beyləqan, Xocavənd, İmişli, Ağcabədi, Füzuli, Cəbrayıl, Ağdaş, Ağsu, Ağdam, Kürdəmir, Mingəçevir) Məşğulluq Mərkəzlərinin mütəxəssisləri iştirak edir. Təlim 6 gün davam edəcək. Digər rayon və şəhər Məşğulluq Mərkəzlərinin əməkdaşları üçün də təlimlərin təşkili nəzərdə tutulur.