Şirkətə 300 min manat ödəyən şəxs azadlığa buraxıldı


Digərləri 16 Okt 2018 12:14:00 178 0

Şirkətə 300 min manat ödəyən şəxs azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Ramil Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Ramil Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tədbiq edilib və ona şərti cəza verilib. Ramil Səmədov məhkəmə zalından azadlığa çıxıb.