Şəkidə 50 hektar sahəni yandıran şəxs saxlanılıb


Digərləri 16 Okt 2018 12:04:00 274 0

Şəkidə 50 hektar sahəni yandıran şəxs saxlanılıb

Şəki şəhərinin Cumakənd kəndi ərazisində kənd sakinlərinə məxsus 50 hektar biçilmiş taxıl sahəsindəki küləş yanıb

Bakı. Şəki şəhərinin Cumakənd kəndi ərazisində kənd sakinlərinə məxsus 50 hektar biçilmiş taxıl sahəsindəki küləş yanıb. Yanğın söndürülüb, xəsarət alan olmayıb. DİN-dən Trend-ə verilən məlumata görə, Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı sahənin yandırıldığı müəyyən edilib.