Boks üzrə Avropa birinciliyi: 2 çempionluq şansı, 1 bürünc medal


Digərləri 16 Okt 2018 12:07:00 287 0

Boks üzrə Avropa birinciliyi: 2 çempionluq şansı, 1 bürünc medal

Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyində finalçılar müəyyənləşib.

Bakı. Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyində finalçılar müəyyənləşib. Azərbaycan millisinin yarımfinala yüksələn 3 üzvündən ikisi bu mərhələni də qələbə ilə başa vuraraq, çempionluq mübarizəsini davam etdirir. Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, Əli Zamanov (48 kq) dördüncü qarşılaşmasında da rəqibinə şans verməyib. Ardıcıl olaraq, Hayk Alaberkyan (Ermənistan), Eduard Voskanyan (Rusiya) və Krasimir Churova (Bolqarıstan) qalib gələn həmyerlimiz yarımfinalda Mixail Taranudan (Moldova) üstün olub. O, finalda ingiltərəli Jo Makqraili sınağa çəkəcək. Çempionatda 80 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan Murad Allahverdiyev də finalda iştirak hüququ qazanıb. Türkiyəli Əmir Böyükdağa, belaruslu Vladislav Novikova qalib gələn boksçumuz finala gedən yolda rusiyalı Andrey Voyvodinə də gücünü göstərib. M.Allahverdiyev gərgin keçən döyüşdə qələbə qazanıb. Yığmamızın üzvü çempionluq üçün Patrik Myerslə (İrlandiya) qüvvəsini sınayacaq.