Bakı Ali Neft Məktəbində Rasim Balayevin 70 illik yubileyi qeyd edildi (FOTO)


Digərləri 16 Okt 2018 11:56:00 234 0

Bakı Ali Neft Məktəbində Rasim Balayevin 70 illik yubileyi qeyd edildi (FOTO)

Bakı Ali Neft Məktəbində (BANM) Xalq artisti, "Şərəf" və "Şöhrət" ordenli, Prezident təqaüdçüsü, görkəmli Azərbaycan aktyoru Rasim Balayevin 70 illik yubileyi və Azərbaycan kino salnaməsində özünəməxsus yer tutan "Nəsimi" filminin ilk dəfə ekrana çıxmasının 45 illiyi münasibəti ilə tədbir keçirilib.

Bakı. Bakı Ali Neft Məktəbində (BANM) Xalq artisti, "Şərəf" və "Şöhrət" ordenli, Prezident təqaüdçüsü, görkəmli Azərbaycan aktyoru Rasim Balayevin 70 illik yubileyi və Azərbaycan kino salnaməsində özünəməxsus yer tutan "Nəsimi" filminin ilk dəfə ekrana çıxmasının 45 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, Milli Məclisin deputatı Aydın Mirzəzadə C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının direktoru Müşfiq Hətəmov, Xalq artisti Rasim Balayev və digər akytor qonaqlar, BANM-ın professor-müəllim heyəti, tələbələri və media nümayəndələri iştirak ediblər. Tədbiri öz sözlərilə açan BANM-ın rektoru Elmar Qasımov Xalq artisti Rasim Balayevi 70 illik yubileyi münasibətilə BANM kollektivi adından ürəkdən təbrik edib. Rektor qeyd edib ki, “Nəsimi” filmi aktyor Rasim Balayevin kinoda ilk işi olmasına baxmayaraq, bu rolu ona 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında “Ən yaxşı kişi rolu” mükafatını qazandırıb, filmin özü isə “Ən yaxşı taixi film” mükafatına layiq görülüb. Xalq artisti Rasim Balayev öz çıxışında ona və onun yaradıcılığına olan maraq və rəğbətə görə rektor Elmar Qasımova təşəkkür edib. Ali Məktəbə sayca ikinci səfəri olduğunu bildirən aktyor BANM-ın və onun kollektivinin onun ürəyində xüsusi yeri olduğunu bildirib. Aktyor eyni zamanda tədbir iştirakçılarına rol aldığı filmlər və çəkiliş zamanı yaşanan maraqlı anlardan danışıb. Daha sonra rektor Elmar Qasımov tərəfindən xalq artisti Rasim Balayevə onun 70 illiyi münasibətilə xatirə plaketi təqdim edilib. Aktyorla görüşdə həmçinin sənətkarın oynadığı filmlərdən olan qısa fraqmentlər göstərilib.