Bu ilin 9 ayında ARDNF-nin gəlirləri 15 milyona çatıb


Digərləri 16 Okt 2018 11:35:00 207 0

Bu ilin 9 ayında ARDNF-nin gəlirləri 15 milyona çatıb

2018-ci ilin yanvar–sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 14 437,2 milyon manat, büdcə xərcləri isə 8 005,9 milyon manat təşkil edib.

Bakı. 2018-ci ilin yanvar–sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 14 437,2 milyon manat, büdcə xərcləri isə 8 005,9 milyon manat təşkil edib. Trend-in məlumatına görə, 2018-ci ilin yanvar–sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 13 441,6 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 12 658,1 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, akrhesabı ödənişləri 4,1 milyon manat, tranzit gəlirləri 14,2 milyon manat təşkil edib. Hesabat dövrü ərzində ARDNF-nin vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 995,6 milyon manata bərabər olub.