Nazir müavini: "İşəgötürənləri peşə təhsili prosesinə cəlb etməklə xərcləri azaltmaq olar"


Digərləri 16 Okt 2018 11:21:00 321 0

Nazir müavini: "İşəgötürənləri peşə təhsili prosesinə cəlb etməklə xərcləri azaltmaq olar"

Bütün peşə təhsili müəssisələrini eyni səviyyəli müasir avadanlıqlarla təchiz etmək çətindir. Belə olduğu təqdirdə işəgötürənləri bu prosesə cəlb etməklə xərclərin azaldılmasına nail olmaq mümkündür.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Onun sözlərinə görə, müasir mərhələdə ilk peşə ixtisas təhsili müəssisələrinin işəgötürənlərlə əməkdaşlığının gücləndirilməsinə çox böyük zərurət var:

"Dünya ölkələrin təcrübəsi göstərir ki, kadr hazırlığı prosesi istehsalatdan təcrid edilmiş formada həyata keçirilə bilməz. Təhsil müəssisəsi sifarişçinin, yəni işəgötürənin tələb və ehtiyacını öyrənmirsə, onda təhsil müəssisəsində hazırlanan kadrların rəqabətqabiliyyətliliyinin səviyyəsi aşağı olur".