MTRŞ: "Yeni xəbər kanalı üçün güclü radioverici alınıb, televiziya yayıma hazırdır"


Digərləri 16 Okt 2018 11:27:01 235 0

MTRŞ: "Yeni xəbər kanalı üçün güclü radioverici alınıb, televiziya yayıma hazırdır"

Azərbaycanda ixtisaslaşmış (xəbər) yeni televiziya kanalının yerüstü yayımı üçün 2,4 kilovat gücündə radioverici alınıb.

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Maliyyə və texniki nəzarət şöbəsinin müdir müavini İsa Məmmədov deyib.

MTRŞ rəsmisi qeyd edib ki, xəbər kanalı oktyabrın sonunda yayıma başlamalıdır: "Əslində, kanal yayım üçün tam hazırdır. Artıq Bakıdan veriliş gedir. Siqnal olduqdan sonra yerüstü yayıma keçmək çətin deyil. Yayımın Full HD formatında olması nəzərdə tutulub".

İ.Məmmədov bildirib ki, telekanal ya "ARB Xəbər", ya da "ARB 24" adı altında fəaliyyət göstərəcək: "Gedib işlərlə tanış olmuşam. Əslində, hər şey tam hazırdır və bu gün də yerüstü yayıma çıxa bilərlər. Yəqin ki, hələ özləri sınaq edirlər".