I sinifdə oxuyanların 7306 nəfəri 6 yaşı tamam olmayan uşaqlardır


Digərləri 16 Okt 2018 11:05:22 255 0

I sinifdə oxuyanların 7306 nəfəri 6 yaşı tamam olmayan uşaqlardır

Bakı Şəhəri üzrə təhsil müəssisələrində (məktəb, lisey və gimnaziya) təhsil alan I sinif şagirdlərinin 7306 nəfəri 6 yaşı tamam olmayan (sentyabrın 15-dən dekabrın 31-dək anadan olan) uşaqlardır.

Bakı. İlhamə İsabalayeva - Bakı Şəhəri üzrə təhsil müəssisələrində (məktəb, lisey və gimnaziya) təhsil alan I sinif şagirdlərinin 7306 nəfəri 6 yaşı tamam olmayan (sentyabrın 15-dən dekabrın 31-dək anadan olan) uşaqlardır. Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. İdarədən bildirilib ki, hazırda Bakı Şəhəri üzrə təhsil müəssisələrində 48 206 şagird I sinifdə təhsil alır. Onlardan 40 900 nəfəri 6 yaşı tamam olan uşaqlardır.