Azərbaycan Beynəlxalq Bankı “Global İnfluencer Day” tədbirinin keçirilməsinə dəstək göstərəcək


Digərləri 16 Okt 2018 10:29:00 286 0

Azərbaycan Beynəlxalq Bankı “Global İnfluencer Day” tədbirinin keçirilməsinə dəstək göstərəcək

“Global İnfluencer Day” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə 26-30 oktyabr tarixlərində ölkəmizdə ilk dəfə olaraq təşkil etdiyi “İnnovasiyalar həftəsi” çərçivəsində “Keepface DMCC” və “FA International Trade Events”in təşkilatçılığı ilə oktyabrın 27-də baş tutacaq.

Bakı. “Global İnfluencer Day” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə 26-30 oktyabr tarixlərində ölkəmizdə ilk dəfə olaraq təşkil etdiyi “İnnovasiyalar həftəsi” çərçivəsində “Keepface DMCC” və “FA International Trade Events”in təşkilatçılığı ilə oktyabrın 27-də baş tutacaq. Müasir dövlət bankı olaraq innovativ inkişafa daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı da bu tədbirin bank sponsorudur. “İnnovasiyalar həftəsi”ndə yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq imkanı yaradılacaq. Konfranslar, forum və yarışlar, sərgi keçiriləcək. Beləliklə, bu tədbirlər ölkəmizdə informasiyalı cəmiyyətin inkişafına, rəqəmsal texnologiyaların tətbiqinə, innovasiyaların əhatə dairəsinin genişlənməsinə töhfə verəcək. “Global İnfluencer Day”də dünyanın ən uğurlu süni intellekt nümunəsi, ilk vətəndaş robot Sofia da iştirak edəcək. Sofia təşkilatçıların dəvətini artıq “qəbul edib” və hazırda ölkəmizə səfərə hazırlaşır. O, Bakıda görüşünə gələnləri ana dilimizdə salamlamaqdan ötrü indi Azərbaycan dilini öyrənir. Beləliklə, “Global İnfluencer Day”ə gələnlər dünyanın bu ən ağıllı robotu ilə ünsiyyət qura biləcəklər.