Azərbaycanda zəlzələ olub


Digərləri 16 Okt 2018 10:06:00 265 0

Azərbaycanda zəlzələ olub

Şamaxıda 3,4 bal gücündə zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Son.az-a verilən məlumata görə, yerli vaxtla saat 08:27:58-də Qobustan stansiyasından 28 km cənub-qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar hiss olunmayıb.

Zəlzələ yerin 10 km dərinliyində baş verib.