Astarada icazəsiz ova cəhd edən şəxs saxlanılıb


Digərləri 16 Okt 2018 09:20:00 219 0

Astarada icazəsiz ova cəhd edən şəxs saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Astara rayonu ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.

Bakı. Samir Əli - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Astara rayonu ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı brakonyerin Astara rayon sakini Emil Kazımov olduğu müəyyən edilib. Ondan ov tüfəngi və digər ov alətləri götürülüb.