Texnologiyalara ən çox töhfəni hansı universitetlər verir?


Digərləri 16 Okt 2018 08:59:00 284 0

Texnologiyalara ən çox töhfəni hansı universitetlər verir?

Stenford Universiteti "Reuters" agentliyinin tərtib etdiyi elm və texnologiyalara daha çox töhfə verən ali məktəblərin dünya reytinqində ardıcıl dördüncü dəfə birinci yeri tutub.

Son.az ICTnews-a istinadən bildirir ki, reytinqin ilk beşliyinə yalnız ABŞ universitetləri daxildir. Belə ki, ikinci yerdə Massaçusets Texnologiya İnstitutu (MIT), üçüncüdə isə Harvard Universiteti qərarlaşıb. Liderlər beşliyini müvafiq olaraq Pensilvaniya və Vaşinqton universitetləri tamamlayıb.