Günün qoroskopu: həmkarlarla anlaşılmazlıqları çözün


Digərləri 16 Okt 2018 00:01:00 268 0

Günün qoroskopu: həmkarlarla anlaşılmazlıqları çözün

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Səhər saatlarından etibarən əhvalınız pisləşməsin. Bədbinliyə qapılmayın. Ötən günlərdə yaşanan hadisələr indiki proseslərə bilavasitə təsir edir. Günün ikinci yarısında hansısa işə həddən artıq vaxt və qüvvə sərf etsəniz, yaşam tonusu səviyyəsinin aşağı düşməsi qaçılmazdır. Pozitiv olun, kiçik problemləri böyütməyin. Yaxınlarınızla ünsiyyətdə səmimi olun. Aqressiv davranmayın.

Buğa - Fəaliyyətinizdə harmoniyaya nail olun. Təfərrüatlarına bələd olmadığınız, detallarını dəqiqləşdirmədiyiniz işə başlamayın. Belədə, yarıyolda zəiflədiyinizi, imkanlarınızın tükəndiyini hiss edə bilərsiniz. Başladığınız işi bitirin. Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə sərinləşməyə imkan verməyin. Emosional olmayın.  Yaxın ətrafınızdakı insanların dediklərinə aqressiv münasibət bəsləməyin.

Əkizlər - Adi, yeknəsəq günlərdən biridir. Hisslərə yox, məntiqə əsaslanaraq hərəkət edin. Belədə, fəaliyyətinizdə və dəyər verdiyiniz insanlarla münasibətlərdə xoşagəlməz sürprizlərlə qarşılaşmayacaqsınız. Günün ikinci yarısında qəfil istəklər, çılğın ideyalar istisna deyil. Yeni layihəni və ya istəyi reallaşdırmaq fikrinə düşməzdən əvvəl motivləri ayırd etməyə can atın.  Axşam saatlarında ailə üzvləri və qohumlarla münasibətləri intensivləşdirin. Xoş emosiyalı anlar olacaq.

Xərçəng - Ətrafınızda baş verən hadisələrə təkan verən səbəbləri aydınlaşdırın. Şəxsi münasibətlər, istəklər və arzularla yanaşı, tərəfdaşlarla şəriklərin planları da önəmlidir. Çalışdığınız kollektivdə mübahisə etməsəniz, hər şey yaxşı olacaq. Günün ikinci yarısında əhvalınızda ciddi dəyişikliklər olacaq. Ani çətinliklər sizdə durğunluq yaratmasın. Şübhələr planların gerçəkləşdirilməsinə mane ola bilər. Axşam saatlarında normal istirahət edin.

Şir - Mühüm qərarlar üçün yaxşı gündür. Tələsməyin, yaxşıca düşünüb qərar verin. Yaşamınızın sahibi ola bilərsiniz. Peşəkar mövqelərinizi səbatlaşdırın. İşlə bağlı yeni münasibətlərin başlanması, sərfəli əməkdaşlıq istisna deyil. Günün ikinci yarısında sizi xoş sürpriz gözləyir. Qəfil hədiyyə, dəvət və ya romantik görüş ola bilər. Səfər və ya səyahəti planlaşdıra bilərsiniz. Yaşam arealının dəyişdirilməsi faydalıdır, əhval-ruhiyyənizi yaxşılaşdıra bilər. Yaşam potensialı səviyyəsi yüksəkdir.

Qız - Kiçik problemlərin çözülməsi, cari məsələlərin həlli üçün uğurlu gündür. Ciddi və ağır işlərə başlamayın. Səhv etmədən onları başa vurmaq asan deyil. Təmaslarda diqqətli, sərrast olun. Yeni tanışlıq, nüfuzlu insanın dəstəyi və ya yardımı istisna deyil. İşdə rəhbərliklə problemləri müzakirə etmək, yeni layihəni nəzərdən keçirmək olar. Günün ikinci yarısı bilik, informasiya bazasını genişləndirmək, yeni təcrübə əldə etmək üçün əlverişlidir. Alınmış məlumatların mübadiləsində xeyir var. Mühüm qərarlar qəbul etməyə tələsməyin. Şəxsi münasibətlərdə diqqətli və həssas olun. İndi emosiyaların təsiri altında yanlış addım ata bilərsiniz.