İynəli, sapla bağlı və qıfıllı fotoşəkil... İşbazlar cadu adı altında sərvət qazanır VİDEO


Digərləri 15 Okt 2018 23:39:00 384 0

İynəli, sapla bağlı və qıfıllı fotoşəkil...  İşbazlar cadu adı altında sərvət qazanır  VİDEO

Dəniz kənarından qıfıllanmış fotoşəkil tapılıb. Fotoşəkil iynələnib, dəsmala bükülüb və qara sap ilə bağlanıb. Bunun bir cadu olduğu güman edilir.

Son.az bildirir ki, bağlama Xəzər dənizinin kənarından tapılıb. Onu tapanlar qıfılı açaraq elə tapdıqları yerə də atıblar. Görüntülər "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilib.

İlahiyyatçı Mirhəmid Məmmədov deyir ki, bəzi işbazlar insanların sadəlövhlüklərindən istifadə edərək, bunu gəlir mənbəyinə çevirirlər.

Vətəndaşların da cadu edən və etdirənlərə münasibətləri birmənalıdır.