Axşam yeməyi yuxudan 34 saat əvvəl qəbul edilməlidir


Digərləri 15 Okt 2018 23:30:00 302 0

Axşam yeməyi yuxudan 34 saat əvvəl qəbul edilməlidir

Məsəl var, deyirlər ki, səhər yeməyini özün ye, günortanı dostuna, axşamı düşməninə ver. Bu deyimdə həm də bir həqiqət var.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, aparılan tədqiqatlar nəticəsində məlum olub ki, gündəlik kalorinin 50 faizi axşam süfrəsinin payına düşür. Gecə saatlarında yüksək kalorili yeməklərdən sonra qəbul edilən şirniyyatlar və qazlı içkilər orqanizmin artıq yüklənməsinə səbəb olur. Axşam süfrəsində qəbul olunan qidaların növbəti gün iş fəaliyyətinə təsirsiz ötüşmədiyi məlum olub.

Səhər yeməyinin daha qüvvətli olması həkim və diyetoloqlar tərəfindən təsdiq olunub, günorta isə kalori baxımından ondan bir az aşağı olmalıdır, kalorisi ən az olan yeməklər isə axşam qəbul edilməlidir.

Axşam yeməyi zamanı tərəvəzlərdən və daha yüngül qidalardan mütləq istifadə edilməlidir ki, insan yatana qədər orqanizm onu həzm edə bilsin, yatanda isə mədədə və mədə-bağırsaq sistemində ağırlıq hissi yaratmasın.

Mütəxəssislər bildirirlər ki, yaxşı səhər yeməyi özünü daha enerjili və sağlam hiss etməyə səbəb olur. Nahar yeməyi də çox əhəmiyyətlidir və onun gecikdirilməsi axşama qədər aclıq hissinin üstün gəlməsinə və axşam yeməyində yeməyə həddindən artıq meyl yaranmasına səbəb olur.