Yaşlı kişini maşın vurub


Digərləri 15 Okt 2018 23:14:00 240 0

Yaşlı kişini maşın vurub

Axşam saatlarında Zaqatala şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "report"-a istinadən bildirir ki, Zaqatala şəhəri, F.Əmirov küçəsi, ev 7 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Nizami Abdultalıb oğlu Həsənov "Bayraq meydan"ı adlanan ərazidə yolu keçmək istəyən zaman "Niva" markalı minik avtomobili tərəfindən vurulub.

Qəzadan sonra N.Həsənov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Müayinə zamanı ona sol ayağın baldır sümüklərinin qəlpəli yerdəyişən sınığı, bədənin çoxsaylı əziyi diaqnozu qoyulub. Yaralının müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.

Faktla bağlı araşdırma aparılır.