Nazirlik: Sürüşmə zonasında ümumi dinamikada gərginlik qalmaqdadır


Digərləri 15 Okt 2018 22:26:00 273 0

Nazirlik: Sürüşmə zonasında ümumi dinamikada gərginlik qalmaqdadır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 21:00-a olan vəziyyət barədə məlumat açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Son.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti yenə de müşahidə edilir. Ümumi dinamikada gərginlik qalmaqdadır.