İnsan xarakterlərini ən dəqiq ifadə edən YƏHUDİ QOROSKOPU


Digərləri 15 Okt 2018 22:03:00 296 0

İnsan xarakterlərini ən dəqiq ifadə edən YƏHUDİ QOROSKOPU

Bütün qədim xalqlarda olduğu kimi yəhudilər də tarix boyu öz qoroskoplarını yaradıblar.

Astroloqların fikrincə, yəhudi qoroskopu insan xarakterlərini ən dəqiq ifadə edən qoroskopdur.

Son.az yəhudi qoroskopuna görə insan xarakerlərini təqdim edir.

Buğa - Tevet ayı

Buğa - yerin işarəsidir. O maddi dünya ilə yaxından bağlıdır. Daxii enerjisi isə sudur. Bu isə buğaların qayğıkeşliyinə işarədir. Buğalar maddi mənafelərini düşünür, gələcəkləri üçün çox nigarançılıq keçirdirlər. Öz hisslərinə çox güvənirlər. Odur ki, Tevet ayında doğulanlar çox yaxşı mühasib, hüquqşünas olurlar. Maddi dünyanın təsiri güclü olduğuna görə Buğalar çox vaxt Allaha inanmırlar.

Xərçəng - Tamuz ayı

Yəhudi qoroskopuna görə xərçəngər qayğıya, sevgiyə digər bürclərdən daha çox ehtiyac duyurlar. Qəlb ağrılarını,dərdlərini geridə qoyub önlərinə baxmaq onlara çox əziyyət verir. Xərçənglər güclərini ailələrindən, ocaqlarından alırlar. Keçmişlərini xatırlamadan yaşaya bilmirlər.

Şir - Av ayı

Av yəhudi təqviminin beşinci ayıdır. Yəhudi qaraskopuna inansaq, şir enerjisini Günəşdən alır. O, Günəşin təsiri altında olan yeganə bürcdür. Ona görə şirlər düşünürlər ki, dünya ətraflarında dönür. Onlara hörmət bəsləməyənlərdən intiqam almağı bacarırlar. Liderliyə meylli şirlər ürək xəstəliklərindən əziyyət çəkirlər.

Qız - Eylül ayı

Qızlar ideallığı və səliqəni sevirlər. Səliqəsizlik ən böyük düşmənləridir. Evlərində, işdə, maşında daim təmizlik müşahidə olunur. Qızlara tam arxalana bilərsiniz, onlar sizi yarı yolda qoymaz.Amma ən xırda səhvlərinizə görə tənqid edərlər. Bununla məqsədləri qəlbinizi qırmaq deyil. Sadəcə sizi doğru ola çəkməkdir.

Tərəzi - Tişrey ayı

Yəhudi qoroskopuna görə Tərəzi bərabərlik və harmoniya uğrunda mübarizə aparırlar. Adətən daxili aləmləri qarışıq olur. Tərəzilər həmişə mübahisədə iki tərəfə də haqq qazandırmağı bacarırlar. Yanlış addım atmaqdan çox qorxurlar. İnsanlara qarşı anlayışlı və mehribandırlar. Tərəzilər üçün güvən ilk növbdə gəlir.