Macarıstanda evsiz insanların küçədə yaşamasını qadağan ediblər


Digərləri 15 Okt 2018 22:06:00 290 0

Macarıstanda evsiz insanların küçədə yaşamasını qadağan ediblər

Macarıstanda qüvvəyə minən qanuna əsasən, evsiz vətəndaşların küçədə yaşaması qadağan edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Macarıstan parlamenti tərəfindən iyunun 20-də qəbul edilən qanun oktyabrın 15-də qüvvəyə minib.

Bundan sonra evsiz şəxs polis tərəfindən üç dəfə xəbərdarlıq aldıqdan sonra da küçədə yaşamağa davam etsə, cərimə oluna və ya həbs cəzasına məhkum edilə bilər. Macarıstanın insan resursları nazirinin müavini Attila Fülöp mövzu ilə əlaqədar təşkil olunan mətbuat konfransında məlumat verib ki, ölkədə evsiz vətəndaşların qida və təmizlik ehtiyaclarını ödəyərək yaşaya biləcəyi 19 min çarpayılıq sığınacaqlar hazırlanıb.