Azərbaycanlı aktrisadan cəsarətli açıqlama: "Başqa ölkədə yaşasaydım, açıqsaçıq rolda çəkilərdim" FOTO


Kriminal 15 Okt 2018 21:25:00 285 0

Azərbaycanlı aktrisadan cəsarətli açıqlama: "Başqa ölkədə yaşasaydım, açıqsaçıq rolda çəkilərdim"  FOTO

Aktrisa Gülşən Hüseynlinin Son.az-a müsahibəsi.

- Gülşən, bu günlərdə "Ümidlər puç olanda" filminin təqdimatı oldu. Obrazınız ürəyinizcə idi?

- Ölkəmizin film bazarında komediyaların bu qədər çox çəkildiyi bir zamanda biz risk edib, dram janrında film çəkdik. Tamaşaçıların drama nə qədər ac olduğu görünürdü. Məncə, artıq dram janrının dövrü başlamalıdır. Sadəcə olaraq, bunu istəmək lazımdır. Biz bunu etdik. Bəli, rolumdan çox razıyam. Qala gecəsindəki izdihamı görəndə bir daha əmin oldum ki, tamaşaçılar da məndən razı qalıblar.

- Həyatda hansı ümidiniz puç olub?

- Həyat döyüş meydanıdır. Həm qalib gələrsən, həm də məğlub olarsan. Mən artıq buna alışmışam, ümidim dəfələrlə puç olub. Nə olursa, "Allah bilən məsləhətdir" deyib keçirəm.

- Hansı obrazın öhdəsindən gələ bilməmisiniz?

- Mənim öhdəsindən gələ bilməyəcəyim obraz yoxdur. Sadəcə, çəkilmərəm dediyim rol var. Amma bu, o demək deyil ki, mən onu bacarmıram, sadəcə, o rolda çəkilmək istəmirəm deyə razı olmaram.

- Hansı obrazlara çəkilməzsiniz?

- Açıq-saçıq səhnələri olan rollara çəkilmərəm. Artıq bəzi rejissorlarımız bunun çarəsini bardakı qızları filmdə çəkməkdə tapıblar (gülür). Filmdəki aktrisaların 80 faizini məhz elələri təşkil edir. Təbii ki, bu cür filmlərdə ciddi sənətdən söhbət gedə bilməz.

- Rejissorlar həmin insanları filmə çəkməklə sizin sənətinizi şübhə altına alırlar. Bir aktrisa kimi bu, sizə necə təsir edir? 

- Bu, artıq rejissorun qeyri-peşəkarlığından irəli gəlir. Bəzən kimi görürsən deyir ki, aktrisayam. Hər yerindən qalxan sənətin adını pisə çıxarır. Elin gözü tərəzidir, onlar yaxşı və pisi ayırd edə bilirlər.

- Heç bir pul qarşılığında açıq-saçıq rolda çəkilməzsiniz?


Xəbərə aid fotolar