Dubay metrosunda robotlar xidmət göstərəcək


Digərləri 15 Okt 2018 21:40:00 226 0

Dubay metrosunda robotlar xidmət göstərəcək

Dubayda keçirilən "Gitex" Yüksək Texnologiyalar Həftəsi çərçivəsində ölkənin Yollar və Nəqliyyat İdarəsi Amerikanın "Diversey" şirkəti tərəfindən yaradılmış robot-süpürgəçini nümayiş etdirib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, robot insanın müdaxiləsi olmadan bütün işi yerinə yetirməyi bacarır. Bundan ötrü onun su və təmizləyici vasitələr üçün nəzərdə tutulan xüsusi rezervuarlarını doldurmaq kifayət edər. Robot əlçatmaz künclərin təmizlənməsi üçün hərlənən fırçaya, məkanda səmti müəyyənləşdirmək üçün 8 optik ötürücü cihaza və müxtəlif iş rejimi seçmək və hərəkət etməkdən ötrü sensorlu ekrana malikdir.