"Ataları bildir" Mətanət İsgəndərli ögey oğlu ilə efirə çıxdı


Şou-biznes 15 Okt 2018 20:08:00 303 0

"Ataları bildir"  Mətanət İsgəndərli ögey oğlu ilə efirə çıxdı

Əməkdar artist Mətanət İsgəndərli ögey oğlu ilə "Bizimləsən" verilişinə qonaq olub. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, Hüseyn müğənninin həyat yoldaşının ikinci nikahından dünyaya gəlib. İfaçı bildirib ki, onunla münasibətləri yaxşıdır: "Kərimin qardaşıdır, ataları bildir. Bizim münasibətlərimiz yeni yaranıb. Onun təhsilinə də kömək edəcəm. Balamın qardaşıdır, o da mənə övladdır. Toyunu özüm edəcəm. Hüseyn Ülkər ərə gedəndə Türkiyəyə onun yanına getmişdi". Hüseyn də M.İsgəndərli ilə münasibətlərinin yaxşı olduğunu söyləyib.