Ümumdünya Standartlar Günü ilə bağlı seminar keçirilib (FOTO)


Digərləri 15 Okt 2018 19:38:26 316 0

Ümumdünya Standartlar Günü ilə bağlı seminar keçirilib (FOTO)

14 oktyabr - Ümumdünya Standartlar Günü ilə əlaqədar seminar keçirilib.

Bakı. “Qafqaz Baku City” mehmanxanasında “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin (milli standartlaşdırma qurumu) təşkilatçılığı ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “ÜTT-yə üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ÜTT şöbəsinə dəstək və potensialın gücləndirilməsi” layihəsinin dəstəyi ilə 14 oktyabr - Ümumdünya Standartlar Günü ilə əlaqədar Seminar keçirilib. Azərbaycan Standartlaşdırma İnstitutundan Trend-ə verilən məlumata görə, seminarda çıxış edən institutun baş direktoru Namiq Tağıyev, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən Ülviyyə Abdullayeva, “Ümumdünya Ticarət Təşkilatına üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət Siyasəti və ÜTT şöbəsinə dəstək və potensialın gücləndirilməsi” layihəsinin rəhbəri Marius Bordalba və başqaları dövlət və biznes qurumlarının iştirakı ilə keçirilmiş konfransda Azərbaycan Respublikasında texniki tənzimləmə və standartlaşdırma sistemində aparılan islahatlardan, ölkəmizdə milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində görülən tədbirlərdən, bu islahatların özəl sektor və istehlakçılar üçün əhəmiyyətindən söz açılıb.