Misirdə 9 terrorçu zərərsizləşdirildi


Dünya 15 Okt 2018 19:24:00 240 0

Misirdə 9 terrorçu zərərsizləşdirildi

Misirin təhlükəsizlik qüvvələri ölkənin cənubundakı Asyut əyalətində 9 terrorçunu zərərsizləşdirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, əməliyyat zamanı çoxlu sayda silah-sursat və partlayıcı maddə aşkar edilib.

Qeyd olunur ki, həmin silahlı qruplaşmanın bir neçə terror aktı və hücumlar təşkil etmək planları mövcud olub.