Azərbaycanda canlı yayımda uşaq doğuldu


Şou-biznes 15 Okt 2018 19:28:00 253 0

Azərbaycanda canlı yayımda uşaq doğuldu

ATV-də yayımlanan "Bizimləsən" verilişi zamanı maraqlı anlar yaşanıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, studiyadan xəstəxanaya canlı bağlantı olub və uşağın dünyaya gəlməsi canlı yayımlanıb. 

Həkim doğuşdan sonra körpəni göstərərək sağlam olduğunu bildirib. 

Canlı yayımda bu cür süjetlərin getməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İstifadəçilərin bir hissəsi bunun gözəl hiss olduğunu bildirsələr də, digərləri doğuş prosesinin efirdə yayımlanmasını qınayıblar.