Sabunçuda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb


Digərləri 15 Okt 2018 19:15:00 236 0

Sabunçuda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bakı. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. DİN-dən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Sabunçu rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Ramazanovdan narkotik vasitə olan marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən isə əlavə olaraq 800 qram marixuana da götürülüb. Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Niyaməddin Həsənovun evindən 2 kiloqram 700 qram marixuana götürülüb.