Hüquq müdafiəçiləri tanınmış kriminal avtoritetlə görüşüb


Digərləri 15 Okt 2018 19:00:00 307 0

Hüquq müdafiəçiləri tanınmış kriminal avtoritetlə görüşüb

İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov, müavinləri Əliməmməd Nuriyev, Elçin Şirinov və ekspert Qartal Hüseynov cənub bölgəsini əhatə edən rayonların Polis Şöbələrində monitorinq keçirib.

Son.az xəbər verir ki, Komitə sədri Tural Hüseynov report-a bildirib ki, hüquq müdafiəçiləri Astara, Lənkəran, Masallı, Yardımlı, Cəlilabad və Neftçala rayon Polis Şöbələrinin saxlanma yerlərinə baxış keçirib, orada saxlanılan şəxsləra baş çəkib: "Masallı rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yeri təmirə bağlanıb. Digər rayon Polis Şöbələrinin saxlanma yerlərində isə vəziyyət qənaətbəxş idi. Saxlanılan şəxslərin böyük əksəriyyəti narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərdir. Bundan başqa, saxlanılanlar arasında aliment ödəməkdən yayındığına və xırda talamaya görə tutulanlar da var idi. Saxlanılan şəxslər onlara qarşı rəftardan və saxlanma şəraitindən heç bir şikayət etmədilər".