Elmar Məmmədyarov ATƏTin Minsk Qrupunun Fransadan olan həmsədri ilə görüşüb


Siyasət 15 Okt 2018 18:52:00 281 0

Elmar Məmmədyarov ATƏTin Minsk Qrupunun Fransadan olan həmsədri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk Qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb.

Bu barədə Son.az-a Azərbaycan XİN-in Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, tərəflər BMT-nin Baş Assambleyası çərçivəsində Nyu Yorkda baş tutan birgə görüşdən sonra danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə edib və ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin bölgəyə qarşıdan gələn səfəri üzrə fikir mübadiləsi aparıblar.