Əməkdar jurnalist Yusif Kərimovla vida mərasimi keçirilib (FOTO)


Digərləri 15 Okt 2018 18:56:00 257 0

Əməkdar jurnalist Yusif Kərimovla vida mərasimi keçirilib (FOTO)

Bu gün əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov torpağa tapşırılıb.

Bakı. Bu gün əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurasının (MŞ) Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov torpağa tapşırılıb. Mətbuat Şurasında Trend-ə verilən məlumata görə, vida mərasimi mərhumun evində keçirilib. Şura sədri, Milli Mədlisin deputatı Əflatun Amaşov vida mərasimindəki çıxışında bildirib ki, Y.Kərimov çoxşaxəli yaradıcılıq diapazonuna malik dəyərli qələm adamı idi. Onun yoxluğu jurnalistikamız, publisistikamız və bütövlükdə ictimai fikir cameəmiz üçün son dərəcə böyük itkidir. MŞ sədri Azərbaycan ədəbiyyatının və jurnalistikasının tanınmış nümayəndəsi, ustad yazar, yurdsevər ziyalı, fəal vətəndaş, səmimi insan, gözəl dost kimi xarakterizə edən xüsusiyyətlərdən söz açıb, mərhumun doğmalarına və əzizlərinə başsağlığı diləklərini çatdırıb.