Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib


Digərləri 15 Okt 2018 18:45:00 221 0

Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib

Prossesin ölkəmizdə fəaliyyət göstərən provayderlərə və adi istifadəçilərə heç bir təsiri olmayıb.

Bakı. Domen adları və IP ünvanlarının idarə edilməsi üzrə korporasiyanın (ICANN) tələb və tövsiyyələrinə əsasən, oktyabrın 11-də bütün dünyada olduğu kimi, ölkəmizdə də domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, bu texniki əməliyyat uğurla həyata keçirilib. Prossesin ölkəmizdə fəaliyyət göstərən provayderlərə və adi istifadəçilərə heç bir təsiri olmayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlkəsizlik Mərkəzinin məlumatına görə, yeniləmədən sonra 48 saat ərzində davamlı olaraq sistemin monitorinqi aparılıb və istifadəçilərin heç bir resursa daxil olmasında problem qeydə alınmayıb.