Yaponiya xaricdə ilk daimi hərbi baza yaradır


Dünya 15 Okt 2018 18:12:00 292 0

Yaponiya xaricdə ilk daimi hərbi baza yaradır

Yaponiya hökuməti ilk dəfə olaraq xaricdə daimi hərbi baza yaratmaq niyyətindədir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu hərbi bazanın Cibutidə, Qırmızı dənizə çıxışda yerləşdiriləcəyi planlaşdırılır.

"Sankei Shimbun" qəzeti Müdafiə Nazirliyindəki mənbəyə istinadən yazır ki, Yaponiya hökuməti Cibutidə baza yaradılmasını Şərqi Asiyadan Avropaya strateji vacib dəniz yollarına çevrilmiş bu regionda iştirakını genişləndirməyə çalışan Çinə qarşı müqavimət vasitəsi kimi nəzərdən keçirir.