Pensiyaların orta aylıq məbləği artıb


Digərləri 15 Okt 2018 17:28:00 198 0

Pensiyaların orta aylıq məbləği artıb

Azərbaycanda pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb.

Son.az xəbər verir ki, 2018-ci ilin 1 oktyabr tarixinə ölkəmizdə pensiyaların orta aylıq məbləği 221,1 manata çatıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, yaşa görə pensiyaların orta aylıq məbləği 9 faiz çoxalaraq, 249,1 manat təşkil edib. Eyni zamanda, cari ilin doqquz ayında pensiyaların maliyyələşməsinə ötən ilin müvafiq dövrünə nisbətən 7,6 faiz (və ya 186,9 milyon manat) çox vəsait yönəldilib.