Ailə TV Xırdalan filialı yeni ünvanda


Digərləri 15 Okt 2018 16:49:31 372 0

Ailə TV Xırdalan filialı yeni ünvanda

Ailə TV televiziya və internet xidmətləri operatorunun daha bir filialı Xırdalan şəhərində yeni ünvana köçürülüb.

Bakı. Bakıda və Abşeronda 7, Gəncədə isə 1 filial ilə abunəçilərə xidmət göstərən Ailə TV televiziya və internet xidmətləri operatorunun daha bir filialı Xırdalan şəhərində yeni ünvana köçürülüb. Şirkətdən Trend-ə verilən məlumata görə, bu gündən etibarən Xırdalan sakinləri Heydər Əliyev prospekti 31 (Kral MTK) ünvanında yerləşən yeni Ailə TV Xırdalan filialının xidmətlərindən istifadə edə biləcəklər. Xırdalan filialının yenilənməsi münasibətilə xüsusi olaraq məhz Xırdalan sakinləri üçün “Xoş Gəldin” kampaniyasına start verilmişdir. Kampaniya şərtlərinə əsasən Oktyabr ayının sonunadək Ailə TV Kabel Televiziyası xidmətinə ilk dəfə qoşulan hər mənzilə bir aylıq abunə təmənnasız hədiyyə olunacaqdır.