Şabranda ov tüfəngi ilə ehtiyatsızlıq ölümə səbəb olub


Digərləri 15 Okt 2018 16:38:00 248 0

Şabranda ov tüfəngi ilə ehtiyatsızlıq ölümə səbəb olub

Qırma yaraları ilə xəstəxanaya gətirilmiş Şabran rayonunun Zeyvə kənd sakini Mahir Şıxəliyev orada ölüb

Bakı. Şabranda ov tüfəngi ilə ehtiyatsızlıq ölümə səbəb olub. DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 13-də Şabran rayonunun Zeyvə kənd sakini Mahir Şıxəliyev qırma yaraları ilə xəstəxanaya gətirilib və həmin gün orada ölüb. Polis və prokuroluq orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı qonşusu olan bir yeniyetmənin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşlə M.Şıxəliyevin baş nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.