73 dövlət əmlakı özəlləşdirilir - VAXT


Digərləri 15 Okt 2018 16:17:00 212 0

73 dövlət əmlakı özəlləşdirilir - VAXT

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri 13 noyabr tarixində reallaşacaq.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri 13 noyabr tarixində reallaşacaq. Komitədən Trend-ə verilən məlumata görə, bu dəfə prosesə ümumilikdə 73 dövlət əmlakı çıxarılıb. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 14-ü qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyəti, 10-u nəqliyyat vasitəsi, 3-ü isə yarimçıq tikilidir. Bu dəfə hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 29,7 kv.m ilə 9297,4 kv.m aralığındadır. Biznesini təmir-tikinti sahəsi üzrə qurmaq istəyənlər üçün Lənkəran Mexaniki Təmir Zavodu uğurlu seçim ola bilər. Geniş torpaq ərazisi ilə birgə özəlləşməyə çıxarılan bu dövlət əmlakının ümumi faydalı sahəsi 3954,1 kv.m-dir. 10 saylı təsərrüfatlararası təmir səyyar mexaniki dəstə isə Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşir. Bu dövlət əmlakının isə ümumi faydalı sahəsi 1009,9 kv.m-dir.