Hacıbala Abutalıbov: "Xəzərdə baş verən zəlzələ sürüşmə zonasına təsir edib"


Digərləri 15 Okt 2018 16:10:00 243 0

Hacıbala Abutalıbov: "Xəzərdə baş verən zəlzələ sürüşmə zonasına təsir edib"

"Dünən axşam saatlarında Xəzər dənizində baş verən 2,7 bal gücündə zəlzələ Bakının Badamdar qəəbəsindəki sürüşmə zonasına da təsir edib".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Hacıbala Abutalıbov deyib.

H.Abutalıbovun sözlərinə görə, mütəxəssislər bu qənaətə gəlib: "Ona görə də biz hərtərəfli işləyirik. Ərazini müşahidə edən dron quraşdırılıb. Sürüşmə zonasındakı vəziyyət hər an izlənilir. Ərazidə gərginlik artmayıb, amma azalmayıb da.

Digər tərəfdən biz istəyirik ki, ərazidə 150 metr dərinliyində 5 quyu qazılsın ki, biz suyun səviyyəsini aşağı endirə bilək. Hələ ki, yapon mütəxəssislər araşdırmaları davam etdirir. Onların yekun rəyindən sonra biz qərar verəcəyik".