Badamdardakı sürüşmə zonasına yaxın evlərin hasarlarının birində uçqun olub


Digərləri 15 Okt 2018 15:51:00 280 0

Badamdardakı sürüşmə zonasına yaxın evlərin hasarlarının birində uçqun olub

Badamdarda sürüşmə zonasının üst hissəsindəki evlərin hasarlarının birində uçqun töküntü prosesi qeydə alınıb.

Son.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə bildirib ki, saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə zonasında gərginlik davam edir. Sürüşmə sahəsi üzərində asılı qalmış süxurların xırda hissələrinin yamaca doğru hərəkəti müşahidə olunub.