Azərbaycanda qaz yatağının işlənməsi üçün müqavilə imzalanıb


Digərləri 15 Okt 2018 15:22:00 212 0

Azərbaycanda qaz yatağının işlənməsi üçün müqavilə imzalanıb

Fransanın "Total" şirkəti "Abşeron" qaz yatağının işlənməsi üçün İtaliyanın "Saipem Contracting Netherlands BV", eləcə də Azərbaycanın "Boshelf LLC" və BƏƏ-nin "STAR GULF FZCO" şirkətlərinin yer aldığı konsorsiumla SURF-müqavilə imzalayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, müqavilə obyektlərin satın alınması, hazırlanması və quraşdırılmasını, qurğuların istismar sınaqlarını və digər işləri nəzərdə tutur.