Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 16,07 faiz artıb


Digərləri 15 Okt 2018 15:15:00 261 0

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 16,07 faiz artıb

Qeyri-büdcə sektoruna aid daxilolmalarda artım 9 faizə yaxın olub

Bakı. Ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafı şəraitində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində də artım tempi davam edir. Nazirlikdən Trend-ə verilən məlumata görə, 2018-ci ilin 9 ayında Fondun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,07 faiz (və ya 406,84 milyon manat) artaraq 2938.01 milyon manata çatıb. Bu gəlirlərin tərkibində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 10,33 faiz (və ya 154,99 milyon manat) artım özünü göstərib.