Şahzadənin xanımı hamilədir FOTO


Digərləri 15 Okt 2018 15:08:00 223 0

Şahzadənin xanımı hamilədir  FOTO

Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi, Sasseks hersoqu şahzadə Harrinin xanımı Meqan Markl hamilədir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, bu barədə Kensinqton Sarayının Twitter-dəki akkauntunda məlumat verilib.

"Əlahəzrətlər bildirirlər ki, Sasseks hersoginyası hamilədir və 2019-cu ilin baharında ana olacağını gözləyir. Onlar bu xoş xəbəri bölüşməkdən bəxtəvərlik duyurlar".

34 yaşlı şahzadənin 37 yaşlı xanımının hamilə olması münasibətilə kraliça 2-ci Yelizaveta və onun əri, şahzadə Filipp, şahzadə Çarlz və xanımı, Kornuoll hersoginyası Kamilla, şahzadə Uilyam və onun xanımı, Kembric hersoginyası Keyt Harri ilə Meqanı şahzadə Yevgeniyanın toyunda təbrik ediblər.