"Çox axmaq ölkə olmuşuq" Donald Trampın


Siyasət 15 Okt 2018 14:58:22 322 0

"Çox axmaq ölkə olmuşuq"  Donald Trampın

Qlobal iqlim dəyişiklikləri barədə deyilənlərin əksəriyyəti yalan, mistifikasiyadır. Bunu məşhur alimlər də etiraf etməyə başlayıblar. "Maykl" qasırğasının əvvəlki qasırğalardan güclü olması, dövlət qurumlarının bu qasırğa zamanı əla çalışıb insanları xilas etmələri barədə dediklərimə lağ edənlər də zavallı, bisavad insanlardır.

Son.az bildirir ki, ABŞ prezidenti Donald Tramp CBS News telekanalındakı məşhur "60 Minutes" proqramının aparıcısı Lesli Ştalın suallarını Ağ Evdə cavablandırarkən belə deyib.

ABŞ-ın daxili siyasəti ilə yanaşı, dünya mediasında "təlatüm" kimi dəyərləndirlən müsahibədən bəzi məqamları təqdim edirik:

Səudi jurnalist barədə

Lesli Ştal: Səudi jurnalist, Səudiyyə Ərəbistanının indiki hakimiyyətini sərt tənqid edən Camal Haşoqqi bu ölkənin İstanbuldakı konsulluğuna daxil olandan sonnra yoxa çıxıb. O öldürülüb? Şahzadə Salman onun ölümünə fərman verib?

Donald Tramp: Kimsə dəqiq heç nə bilmir. Araşdırırıq. Əgər jurnalist, həqiqətən də, öldürülübsə, çox sinirlənəcəyik. Onlar indi təkzib edirlər. Özü də möhkəm təkzib edirlər. Səudiyyə hakimiyyəti jurnalisti öldürə bilərmi? Düşünürəm ki, hə.

Lesli Ştal: Kürəkəniniz Cared Kuşner Səudiyyənin şahzadəsi Salmanla telefonla danışanda o, təkzib etdi?

Donald Tramp: Onlar təkzib edirlər. Yaxınlarda hər şey bilinəcək. Jurnalist öldürülübsə, Səudiyyə Ərəbistanına qarşı ağır sanksiyalar olacaq.

Kim Çen In barədə

Lesli Ştal: Şimali Koreya ilə münasibətlər nə yerdədir?

Donald Tramp:  Hər şey yaxşılığa doğrudur. Halbuki ABŞ və Şimali Koreya arasında müharibəyə bir addım qalmışdı. Barak Obamanın prezidentliyinin nəticəsi belə idi. Savaşa bir addım qalmışdı. Kim Çen Inla danışdıq, problemlərin həllinə başladıq.

Lesli Ştal: Ona inanırsınız?

Donald Tramp: Hə, inanıram. Amma bu, o demək deyil ki, yanıla bilmərəm.

Lesli Ştal: Kim Çen In sanksiyaların yumşaldılmasını istəyir.

Donald Tramp: Hələ mümkün deyil. Yaxşı oğlandır. O, xoşuma gəlir. Yaxşı münasibətlərimiz var. Məncə, bu, önəmli məsələdir.

Lesli Ştal: Yaxşı oğlandır?! Şimali Koreyada diktaturadır, kölə əməyi, aclıq var.

Donald Tramp: Hə. Bütün bunları bilirəm. Uşaq deyiləm, anlayıram.

Lesli Ştal: O, pis insandır.

Donald Tramp: Mənə baxın, aramızda yaxşı münasibətlər var. Şimali Koreya artıq ciddi təhlükə mənbəyi deyil. Heç bir təhlükə yoxdur.

Çin barədə

Lesli Ştal: Çinlə münasibətlər gərgindir.

Donald Tramp: Hər şey yaxşı olacaq. Çox tariflərə yenilən baxmışıq. Çin bizə əlavə olaraq 250 milyard dollar ödəyib.

Lesli Ştal: Tariflər artacaq?

Donald Tramp: Ola bilər.

Lesli Ştal: Yəni qarşıdurmanın üçüncü raundu?

Donald Tramp: Onlar danışıqlar aparmaq, razılaşmaq istəyirlər, Lesli.

Lesli Ştal: Siz hazırsınız?

Donald Tramp: Çin lideri ilə əla münasibətlərim var. Çindən bundan sonra da 500 milyard dollarlıq mal ala bilərik. Sadəcə, hər şey əvvəlki kimi olmayacaq.

Lesli Ştal: Nəticədə ABŞ-da bir sıra məhsullar bahalaşıb.

Donald Tramp: Elə deyil. Çindən idxal olunan alüminiuma 10, polada 25 faiz tarif artımı var. Problem yoxdur.

Lesli Ştal: Onlar cavab zərbəsi endirə bilərlər.

Donald Tramp: Bilməzlər, imkanları çatmaz. Çin bizdən ildə 100 milyard dollarlıq mal alır, amma bizə ildə 531 milyard dollarlıq mal satır. İdxalı azaltsaq, onların halı nə olar? Çin iqtisadiyyatında son 4 ayda 32 faizlik geriləmə var. Səbəb tarifləri artırmağımızdır. İstəyim ticari savaş yox, Çin bazarının ABŞ mallarına açılmasıdır.

Avropa barədə

Lesli Ştal: Avropa Birliyi ilə münasibətlər sərinləşir.

Donald Tramp: Yox, belə deyil. Avropa Birliyi həmişə bizdən istifadə edib. İndi belə olmayacaq. Biz Avropaya düşmən kimi baxmırıq. Sadəcə, uzun illər boyu çox axmaq ölkə olmuşuq, özümüzü istismar etməyə imkan vermişik.

Lesli Ştal: NATO ilə münasibətlər normaldır?

Donald Tramp: NATO ilə münasibətlər elə indi normal vəziyyətədir. Bilirsiniz, nə var?! Avropanın müdafiəsi üçün NATO-nun bütün xərclərini ödəməli deyilik.

Lesli Ştal: 70 il belə olub.

Donald Tramp: Bundan sonra belə olmayacaq. Biz həmişə NATO-da olacağıq, amma Avropa ölkələri müdafiə xərclərini artırmalıdır. ABŞ-ı istismar etmək olmaz.

Putin barədə

Lesli Ştal: Rusiya prezidenti Vladimir Putin barədə niyə sərt danışmırsınız?

Donald Tramp: Mətbuat konfransları zamanı kuluarlarda onunla danışığımızdan xəbəriniz yoxdur. Rusiyaya rəğbətim də yoxdur. Ukraynaya hücum silahları və tank əleyhinə raketləri kim verdi?! Obama bunu etməmişdi. Bilirsiniz, Ukraynaya o, nə yollamışdı?! Yastıqlar və adyallar. Mən mənəm, Obama da Krımın, Ukraynanın şərqinin Rusiyanın nəzarətinə keçməsinə görə məsuliyyyət daşıyan adam. Putinlə münasibətlərdə çox sərtəm. Amma münasibətlərimiz normaldır.

Lesli Ştal: Zəhərlənmə olaylarından Putinin birbaşa xəbərinin olması ilə bağlı iddialarla razısınız?

Donald Tramp: Yəqin ki, onun xəbəri olub. Bəlkə də...

Lesli Ştal: Bəlkə?

Donald Tramp: Hə, çünki söhbət ölkəmizdə olmayan məsələlərdən gedir.

Lesli Ştal: 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə Rusiyanın müdaxiləsinə də inanmırsınız?

Donald Tramp: Onlar müdaxilə ediblər. Çin və başqa ölkələr də...

Prezidentlik barədə

Lesli Ştal: Ağ Ev administrasiyasında sizə müxalifət olduğu deyilir.

Donald Tramp: Bunu "The New York Times" yazmışdı. Ağ yalandır, uydurmadır. Administrasiya normal çalışır. Yeni kadrlar da olacaq. Kimsə gəlir, kimsə gedir. Kimsə həmişə gedir. Bura Vaşinqtondur.

Lesli Ştal: Xanımız Melaniya deyib ki, Ağ Evdə hələ də elə adamlar var ki, onlara güvənmir və siz də bu adamlara etibar etməməlisiniz.

Donald Tramp: Mən də elə düşünürəm. Deyim ki, Ağ Evdə hamıya güvənmirəm. Məni qoruyurlar. Amma hamıya inanmıram. Uşaq deyiləm. Bura çox qəddar yerdir. Vaşinqton qəddar yerdir, Lesli. Hücumlar, intriqalar, arxadan zərbələr. Amma özümü rahat hiss edirəm.


Xəbərə aid fotolar