"Tacirlə Vidadi Bərdəlidən görüb götürmüşəm"


Şou-biznes 15 Okt 2018 14:59:00 252 0

"Tacirlə Vidadi Bərdəlidən görüb götürmüşəm"

Müğənni Manaf Ağayev Tolikin aparıcısı olduğu "Hər şey daxil" verilişində Tacir Şahmalıoğlu və mərhum həmkarı Vidadi Bərdəli barədə maraqlı fikirlər səsləndirib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Ağayev bir çox sənətçilərin edə bilməyəcəyi etirafı edib:

"Bizim janrda oxuyan iki nəfər var ki, əksəriyyətimiz məhz onlardan görüb götürmüşük. Bunlardan biri rəhmətlik Vidadi Bərdəlidir, digəri Tacir Şahmalıoğlu. Hər zaman bu iki sənətkardan nəsə götürməyə, bəhrələnməyə çalışmışıq. Onların sənətini danmaq olmaz".