Azərbaycanda qaz yatağının işlənməsi üçün müqavilə imzalanıb


Digərləri 15 Okt 2018 14:51:35 228 0

Azərbaycanda qaz yatağının işlənməsi üçün müqavilə imzalanıb

Fransanın “Total” şirkəti “Abşeron” qaz yatağının işlənməsi üçün İtaliyanın “Saipem Contracting Netherlands BV”, eləcə də Azərbaycanın “Boshelf LLC” və BƏƏ-nin “STAR GULF FZCO” şirkətlərinin yer aldığı konsorsiumla SURF-müqavilə imzalayıb

Bakı. Ləman Zeynalova – Fransanın “Total” şirkəti “Abşeron” qaz yatağının işlənməsi üçün İtaliyanın “Saipem Contracting Netherlands BV”, eləcə də Azərbaycanın “Boshelf LLC” və BƏƏ-nin “STAR GULF FZCO” şirkətlərinin yer aldığı konsorsiumla SURF-müqavilə imzalayıb. Trend-in məlumatına görə, müqavilə obyektlərin satın alınması, hazırlanması və quraşdırılmasını, qurğuların istismar sınaqlarını və digər işləri nəzərdə tutur.